Bakıda 47 yaşlı kişi qaldırıcı səbətin altında qalaraq ölüb

Bakıda 47 yaşlı kişi qaldırıcı səbətin altında qalaraq ölüb
# 07 oktyabr 2016 09:24 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər qaldırıcı səbətin altında qalmış 1969-cu il təvəllüdlü Mirzəyev Üzeyir Əmrah oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR