Fernando Santuş Azərbaycanın yer aldığı qrupu dəyərləndirib

Fernando Santuş Azərbaycanın yer aldığı qrupu dəyərləndirib
# 07 dekabr 2020 22:32 (UTC +04:00)

“Püşkatma təhlil üçün deyil, onlarla oynamaq və qalib gəlmək üçündür. Bizim üçün çətinlik olmamalıdır”.

Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş deyib.

O, Azərbaycanla rəqib olduğu DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib: “AVRO-2020-nin seçmə mərhələsində Serbiya ilə oynamışıq. Düzdür, əvvəl onlarla, sonra Ukrayna ilə heç-heçələrlə işimizi çətinləşdirmişdik. Əsas yaxşı hazırlaşmaqdır. Həm də təqvim uğurlu olmalıdır. Dünya çempionu adına iddia etmək üçün mərhələni adlamalıyıq. Portuqaliya böyük favoritdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR