Fransa Liqa1-də iştirak edən komandaların sayı dəyişdirilir.
Apasport.az saytının məlumatına görə, bu, Fransa Peşəkar Futbol Liqasının yığıncağında müzakirə olunub.
Qurum yüksək dəstədə komanda sayının azaldılmasını istəyir. İştirakçı sayının 20-dən 18-ə endirilməsi nəzərdə tutulub.
Direktorlar şurasının bəzi üzvləri bu rəqəmin 16-ya qədər azaldılması təklifini də irəli sürüb. Buna teleyayım hüquqlarının qiymətinin düşməsidir.
Qeyd edək ki, dəyişikliyin 2022/23 mövsümündən tətbiqi planlaşdırılır.