Çempionlar Liqasında yeni antirekord qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, buna Fransanın “Marsel” klubu imza atıb.
Liqa1 təmsilçisi qitənin ən nüfuzlu klub turnirində ardıcıl 13-cü dəfə uduzub. Bu, Çempionlar Liqası tarixinin ən uzun məğlubiyyət seriyasıdır.
Avropada “tarix yazan” fransalıların biabırçılığı dünənki ev məğlubiyyəti ilə 13-ə çatıb. Marsellilər öz meydanında “Porto”dan iki cavabsız qol buraxıb. Bununla da Andre Villaş Boaşın yetirmələri 1/8 final şansını itirib.
Qeyd edək ki, “Marsel”ə qədər antirekord “Anderlext”ə məxsus idi. Belçikalılar ardıcıl 12 dəfə uduzmuşdu. Ötən tur bu antirekordu təkrarlayan fransalılar bu dəfə yeni göstərici ilə biabır olub.