Bank Of Baku

İbrahimoviç: “Keçmişimə görə milliyə çağırılmaq istəyirəm”

İbrahimoviç: “Keçmişimə görə milliyə çağırılmaq istəyirəm”
# 18 mart 2021 22:02 (UTC +04:00)

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç İsveç millisinə qayıtmasından danışıb.

Apasport.az saytının məlumatına görə, 40 yaşlı forvard İsveç Futbol Assosiasiyasının rəsmi saytına açıqlamasında buna layiq olduğunu söyləyib.

İbra keçmişdəki uğurlarına görə belə dəvət almaq istəmir: “Milliyə keçmişimə görə deyil, indi komandaya verə biləcəklərimə görə çağırılmaq istəyirəm. 5, 10, 15 və ya 20 il əvvəl kim olduğum önəmli deyil. Hazırda fərqli oyun tərzim və hazırlığım var, yüksək səviyyədəyəm. Adım Zlatan olduğu üçün deyil, komandaya xeyir verə biləcəyim üçün heyətdə varam. Buna layiq olduğumu düşünürəm”.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2016-cı ildəki Avropa çempionatından sonra milli karyerasını başa vurmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR