Bank Of Baku

İngiltərə Premyer Liqasının klubları yay transferlərinə 1 milyard 399 milyon xərcləyib

İngiltərə Premyer Liqasının klubları yay transferlərinə 1 milyard 399 milyon xərcləyib
# 06 oktyabr 2020 22:08 (UTC +04:00)

İngiltərə Premyer Liqasında çıxış edən klubların yay transferlərinə xərclədiyi vəsaitin məbləği bəlli olub.
 
Apasport.az saytının məlumatına görə, “Carteret Analytics” investisiya şirkəti başa çatan transfer dövründəki xərcləri müəyyənləşdirib.
 
Bu müddətdə yeni futbolçulara ümumilikdə 1 milyard 399 milyon xərclənib. Ötən yay bu rəqəm 1 milyard 512 milyon təşkil edib.
 
Son transfer günündə cəmi 12 keçid rəsmiləşib. Bu, son 7 ildə ən aşağı göstəricidir.
 
Hesabatda bildirilib ki, klubların transfer xərcləri A seriyası klubları ilə müqayisədə 2, Almaniya, İspaniya və Fransa ilə müqayisədə 3 dəfə çoxdur.
 
Qeyd edək ki, transfer dövrü oktyabrın 5-dən 6-na keçən gecə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR