Bank Of Baku

İngiltərə kubokunda 1/4 final cütləri müəyyənləşib

 İngiltərə kubokunda 1/4 final cütləri müəyyənləşib
# 05 mart 2020 10:22 (UTC +04:00)

İngiltərə kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsi başa çatmasa da, növbəti raundun cütləri bəlli olub.

1/4 finalda “Şeffild Yunayted” “Arsenal”ı qəbul edəcək. “Mançester Siti” “Nyukasl”ın qonağı olacaq. “Lester” isə “Çelsi”yə rəqib.

Digər cütdə isə “Norviç”in rəqibi bu gün müəyyənləşəcək. Sonuncu 1/4 finalçı “Derbi” – “Mançester Yunayted” matçında bəlli olacaq.

Qeyd edək ki, 1/4 final oyunları martın 20-22-də keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR