Bank Of Baku

İspaniya və Portuqaliya DÇ-2030-a birgə ev sahibliyi üçün namizədliyini verib

İspaniya və Portuqaliya DÇ-2030-a  birgə ev sahibliyi üçün namizədliyini verib
# 08 oktyabr 2020 00:27 (UTC +04:00)

İspaniya və Portuqaliya 2030-cu ildə keçiriləcək dünya çempionatının ev sahibliyi üçün ortaq təklif barədə razılıq əldə edib.
 
Apasport.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası (RFEF) rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
RFEF-in prezidenti Luis Rubiales və portuqaliyalı həmkarı Fernando Qomeş iki ölkədə futbolun inkişafı yönündə əməkdaşlıq müqaviləsi imzalayıb. Rubiales DÇ-2030-a Portuqaliya ilə birlikdə təşkilatçılıq etmək qərarına gəldiklərini və birgə layihələrə imza atacaqlarını söyləyib.
 
Qeyd edək ki, sonuncu dəfə İspaniyada DÇ-1982, Portuqaliyada isə AVRO-2004 keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR