Bank Of Baku

İtaliya klubu koronavirusa görə fəaliyyətini dayandırıb

İtaliya klubu koronavirusa görə fəaliyyətini dayandırıb
# 17 oktyabr 2020 10:25 (UTC +04:00)

İtaliyanın daha bir klubunda koronavirusa yoluxma halı aşkarlanıb.
 
Apasport.az saytının məlumatına görə, “Torino”nun U-23 komandasının 6 futbolçusundan götürülən testin nəticəsi pozitiv çıxıb.
 
Klub həmin oyunçuların artıq karantinə alındığını açıqlayıb. Həmçinin komandanın fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığı bildirilib.
 
Qeyd edək ki, daha əvvəl “Cenoa”da koronavirusa yoluxma olduğundan, A seriyasının III turu çərçivəsində “Torino” ilə oyunu təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR