Sumqayıt sərnişin stansiyasının binasının tikintisinə başlanıb - FOTO

Sumqayıt sərnişin stansiyasının binasının tikintisinə başlanıb - <span style="color: red;">FOTO
# 30 noyabr 2015 08:57 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu ilin sentyabr ayında sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt sərnişin stansiyasının binası yararsız halda olduğu üçün sökülüb, yerində yeni inzibati binanın tikintisinə başlanıb.

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, artıq binanın özülü tökülüb.

Yeni inzibati bina ikimərtəbəli, müasir üslubda olacaq. Burada çalışan dəmiryolçular üçün hər cür şərait yaradılacaq. İlkin olaraq, hərəkətin ahəngdarlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə işarəvermə və rabitə avadanlıqları binası tikilib. Hazırda bu otaqlarda tamamlama işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR