Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 15 Yanvar

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 15 Yanvar
# 15 yanvar 2016 17:14 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Beynəlxalq Atom Enerjisi Agentliyinin İranla bağlı yekun hesabatı ərəfəsində neftin qiymətinin bu səviyyədə aşağı düşməsi gözləniləndir. Başda ABŞ olmaqla Qərbin İran üzərindən beynəlxalq sanksiyaları götürəcəyi real görünür. Bu isə İranın uzun müddətdən sonra neft bazarına qayıdacağı deməkdir.

Amma bir məsələ var. "Bazara 1 milyon barel neft çıxaracağıq" deyən İranın ilk günlər nə qədər əlavə neft çıxaracağını və yaxud çıxara biləcəyini kimsə bilmir. Elə ona görə də bundan sonra nə baş verəcəyini, neftin qiymətinin daha nə qədər ucuzlaşacağını söyləmək çətindir. Məlum olan yalnız odur ki, bugünkü anti-rekord hələ son hədd deyil...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR