Bank Of Baku

Kavani “Mançester Yunayted”in tarixinə düşüb

Kavani “Mançester Yunayted”in tarixinə düşüb
# 21 yanvar 2021 12:22 (UTC +04:00)

İngiltərə Premyer Liqasının XVIII turunda “Fulhem”in qonağı olan “Mançester Yunayted” 2:1 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ın hücumçusu Edinson Kavani komandasının ilk qolunu vurmaqla tarixə düşüb.

21-ci dəqiqədə fərqlənən kolumbiyalı forvard “mankunianlar”ın heyətində ilk 4 qolunun hamısına səfərdə imza atmaqla yeni rekord müəyyənləşdirib.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 40 xalla Premyer Liqaya başçılıq edir. Kavani mançesterlilərə mövsümün əvvəlində PSJ-dən keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR