UEFA Çempionlar Liqasında 2020/21 mövsümü üçün ödənişlərin məbləğini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu qrup mərhələsindən etibarən iştirakçıların qazanacağı pulları müəyyənləşdirib.
Qrupa vəsiqə əldə edən 32 klubun hər birinə 14,5 milyon avro ilkin ödəniş, eyni zamanda 750 min avro qalıq ödəniş ediləcək. Qrupda hər qələbə 2,7 milyon, heç-heçə 900 min avro ilə qiymətləndiriləcək.
Klubların pley-off mərhələlərindəki qazancları isə belə olacaq:
1/8 finala vəsiqə - 9,5 milyon avro
1/4 finala vəsiqə - 10,5 milyon
Yarımfinala vəsiqə - 12 milyon
Finala vəsiqə - 15 milyon avro.
Çempionlar Liqasının qalibi əlavə daha 4 milyon avro qazanacaq.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinə oktyabrın 20-də start veriləcək.
Klubların Çempionlar Liqasında qazanacağı məbləğ açıqlanıb
07 oktyabr 2020 23:14 (UTC +04:00)
Futbol
Futbol üzrə Avropa çempionatına komandalar 26 oyunçu ilə qatıla biləcəklər
21:05
3 may 2024
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib
01:16
3 may 2024
UEFA Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub edib
01:04
3 may 2024
Kurtua Avropa çempionatında iştirak etməyəcək
11:14
2 may 2024