Bank Of Baku

“Lester” və “Mançester Siti” mərhələ adlayıb, “Tottenhem” mübarizəni dayandırıb

“Lester” və “Mançester Siti” mərhələ adlayıb, “Tottenhem” mübarizəni dayandırıb
# 05 mart 2020 02:32 (UTC +04:00)

İngiltərə kubokunda 1/8 finalın daha üç oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, “Mançester Siti” və “Lester” aşağı liqa təmsilçiləri ilə görüşlərdə minimal hesabla qələbə qazanıb.

Mançesterlilər “Şeffild Uensdey”i, “Lester” isə “Birminhem”i məğlubiyyətə uğradıb. Premyer Liqa klubları “Tottenhem”lə “Norviç”in görüşündə komandalar hərəyə bir qol vurub. Qalibin adına penaltilər seriyası aydınlıq gətirib. Daha dəqiq olan “Norviç” növbəti raunda adlayıb.

Bunadək daha 4 komanda 1/4 finala yüksəlib. Bunlar “Arsenal”, “Çelsi”, “Nyukasl” və “Şeffild Yunayted” komandalarıdır.

Qeyd edək ki, mərhələ martın 5-də keçiriləcək “Derbi” – “Mançester Yunayted” matçı ilə yekunlaşacaq.

İngiltərə kuboku
1/8 final
4 mart

“Şeffild Uensdey” – “Mançester Siti” – 0:1
Aquero, 53
“Lester” – “Birminhem” – 1:0
Pereyra, 82
“Tottenhem” – “Norviç” – 1:1, pen. 2:3
Vertongen, 13 – Drmiç, 78

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR