"Mançester Siti" Filipp Koutinyonu istəyir

"Mançester Siti" Filipp Koutinyonu istəyir
# 13 iyun 2020 13:06 (UTC +04:00)

"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyonun İngiltərəyə qayıtmaq ehtimalı hələ də qüvvədədir.

Apasport.az saytının məlumatına görə, hazırda icarə əsasında "Bavariya"da çıxış edən Braziliya millisinin üzvü Premyer Liqadan növbəti təklif alıb.

Koronavirus pandemiyasının yaratdığı maliyyə problemi səbəbindən "Arsenal", "Çelsi", "Tottenhem", "Mançester Yunayted" kimi klublar 28 yaşlı oyunçudan imtina etsələr də, "Mançester Siti" onun üçün hərəkətə gəlib. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola Koutinyonun alınmasını tələb edib. Həmçinin sabiq klubu "Liverpul" da onu icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, Koutinyonun "Barselona" ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR