Məhəmməd Salah “Liverpul”un tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, misirli hücumçu İngiltərə klubunun iki rekordunu yeniləyib.
Çempionlar Liqasının qrup mərhələsinin VI turunun “Midtülland”la hazırda davam edən matçında Salah 55-ci saniyədə danimarkalıları məyus edib. Bu, “Liverpul”un qitənin ən nüfuzlu klub turnirində ən erkən qoludur.
Bu, Məhəmmədin Çempionlar Liqasında “Liverpul” formasında vurduğu 22-ci qol olub. Afrikalı forvard bununla da Stiven Cerrardın rekordunu keçərək klubun ən yaxşı bombardiri adına yiyələnib.