Bank Of Baku

"Neftçi" Soni Mustivarla müqaviləni yeniləməyib

"Neftçi" Soni Mustivarla müqaviləni yeniləməyib
# 19 iyun 2020 17:33 (UTC +04:00)

Haiti millisinin futbolçusu Soni Mustivar “Neftçi”dən ayrılıb.

Apasport.az xəbər verir ki, bu barədə Bakı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, 30 yaşlı yarımmüdafiəçinin başa çatan müqavilə müddəti uzadılmayıb. Orta sahə oyunçusu mövsüm şərəfini qoruduğu “ağ-qaralar”la yollarını ayırıb. Bu illər ərzində o, “flaqman”ın heyətində 56 oyun keçirib, 3 qola imza atıb.

Qeyd edək ki, “Neftçi” Mustivarla yanaşı, müdafiəçilər Vild-Donald Gerye və Tural Axundovla da vidalaşıb. Hücumçu Baqali Dabo isə bu ayın sonunda bakılıları rəsmən tərk edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR