“Qalatasaray” Yunes Belhanda ilə müqaviləni ləğv edib

“Qalatasaray” Yunes Belhanda ilə müqaviləni ləğv edib
# 10 mart 2021 14:10 (UTC +04:00)

“Qalatasaray” mövsüm başa çatmamış bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçi Yunes Belhandanın müqaviləsinin ləğv edildiyini bəyan edib.

Bildirilib ki, komanda sözləşməyə xitam verilməsini qərara alıb. Bununla mərakeşli yarımmüdafiəçi mövsümün sonunu gözləmədən komandadan ayrılmalı olub.

Qeyd edək ki, Yunes Belhanda “Qalatasaray”a 2017-ci ildə Kiyev “Dinamo”sundan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR