“Qalatasaray” yenidən İtaliya millisinin sabiq hücumçusunu istəyir

“Qalatasaray” yenidən İtaliya millisinin sabiq hücumçusunu istəyir
# 06 mart 2021 16:49 (UTC +04:00)

“Torino”nun hücumçusu Simone Zaza mövsümün sonunda Türkiyəyə köçə bilər.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı forvard yenidən “Qalatasaray”ın maraq dairəsinə düşüb.

İstanbul təmsilçisi hələ qış fasiləsində də almağa çalışdığı İtaliya millisinin sabiq üzvünü yayda heyətə qatmaq üçün indidən danışıqlara başlayıb. Klubun skautları bir müddətdir Zazanın oyunlarını izləyir. Baş məşqçi Fatih Terim kolumbiyalı forvard Radamel Falkao ilə vidalaşıb, ön xətdəki boşluğu məhz Zaza ilə doldurmaq fikrindədir.

Qeyd edək ki, Simone Zazanın “Torino” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR