Fransanın “Monako” klubunun futbolçusu Henri Onyekuru İstanbula gəlib.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı vinger sabiq komandası “Qalatasaray”a qayıdıb.
Türkiyə təmsilçisi rəsmi saytı vasitəsilə Nigeriya millisinin üzvü ilə danışığa başlanıldığını açıqlayıb. “Cim-bom” knyazlıq klubu ilə Onyekurunun mövsümün sonuna qədər icarəyə götürülməsini razılaşdırıb. “Sarı-qırmızılılar” onu mövsümün sonunda 6 milyon avro qarşılığında birdəfəlik transfer etməlidir. Onyekuru tibbi müayinədən sonra rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, ilk olaraq İngiltərənin “Brentford” klubunun hücumçusu Halil Dərvişoğlunu transfer edən “Qalatasaray”ın “Başakşəhər”in yarımmüdafiəçisi İrfan Canla da 4,5 illik sözləşmə bağlaması gözlənilir.
“Qalatasaray”ın yeni transferi İstanbula gəlib
23 yanvar 2021 13:29 (UTC +04:00)
Futbol
“Real Madrid” 36-cı dəfə "La Liga" çempionu olub
23:04
4 may 2024
Futbol üzrə Avropa çempionatına komandalar 26 oyunçu ilə qatıla biləcəklər
21:05
3 may 2024
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib
01:16
3 may 2024
UEFA Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub edib
01:04
3 may 2024