Bank Of Baku

“Qarabağ” heç-heçə rekordunu təkrarlayıb

“Qarabağ” heç-heçə rekordunu təkrarlayıb
# 22 fevral 2021 11:29 (UTC +04:00)

“Qarabağ” Azərbaycan Premyer Liqasının XVI turunda növbəti səfər heç-heçəsinə imza atıb. 

Apasport.az saytının məlumatına görə, “Sumqayıt”la qolsuz bərabərlik Qurban Qurbanovun yetirmələrinin rəqib meydanındakı 6-cı sülhü olub.

Bu, klub tarixinin rekordunun təkrarıdır. Ağdam təmsilçisi 1992-ci ildən qatıldığı ölkə çempionatlarında heç vaxt 6-dan artıq səfər matçında heç-heçə etməyib. 1993, 1993/94, 1999/2000, 2009/10, 2011/12 və 2012/13 mövsümlərində rəqib meydanından altı dəfə 1 xalla dönən “Qarabağ” 7-ci dəfə eyni göstəriciyə imza atıb.

Qeyd edək ki, ağdamlılar cari mövsümdə daha 6 səfər oyununa çıxacaq. Bu görüşlərdə qeydə alınacaq bir heç-heçə mütləq rekordla nəticələnəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR