Avropa Liqasının qrup mərhələsinin V turunun “Qarabağ” (Azərbaycan) - “Makkabi” (Təl-Əviv, İsrail) oyununun heyətləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İstanbulda baş tutacaq qarşılaşmadan öncə start “11-lik”ləri və ehtiyat oyunçular skamyasında qalacaq futbolçular bəlli olub.
Baş məşqçi Qurban Qurbanovun yoxluğunda onun köməkçisi Elçin Rəhmanov və israillilərin çalışdırıcısı Giorgios Donis “Başakşəhər Fatih Terim” stadionundakı görüşdə güvənəcəkləri oyunçuları müəyyənləşdirib. İ qrupunun V turunun Türkiyədəki qarşılaşması Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Avropa Liqası
Qrup mərhələsi
V tur, İ qrupu
3 dekabr
21:55. “Qarabağ” (Azərbaycan) - “Makkabi” (Təl-Əviv, İsrail)
Baş hakim: Robert Hennessi (İrlandiya)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 77. Donald Gerye, 8. Uroş Matiç, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 44. Elvin Cəfərquliyev, 7. Ovusu Kvabena, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev
Məşqçi: Elçin Rəhmanov
“Makkabi”: 19. Daniel Tennenbaum, 30. Maor Kandil, 18. Eytan Tibi, 21. Şeran Yeini (k), 27. Ofir Davidzada, 23. Eyal Qolasa, 42. Dor Perets, 24. Yonatan Kohen, 44. Luis Ernandes, 17. Dan Biton, 9. Nik Blekmen
Ehtiyat oyunçular: 1. Daniel Perets, 3. Matan Baltaksa 11. Tal Ben Haim, 22. Avi Rikan, 25. Amit Qlazer, 29. Eylon Almoq, 39. Eduardo Gerrero, 47. Eden Karzev, 10. Etey Şexter, 6. Dan Qlazer, 31. Şahar Piven, 72. Aleksandar Peşiç
Baş məşqçi: Giorgios Donis
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu
“Qarabağ” və “Makkabi” start heyətini açıqlayıb
03 dekabr 2020 20:39 (UTC +04:00)
Futbol
Azərbaycan Kubokunda final oyununun vaxtı açıqlanıb
16:14
26 aprel 2024
Əliyar Ağayev Yunanıstanda Fatih Terimin baş məşqçisi olduğu komandanın oyununu idarə edəcək
17:04
25 aprel 2024
“Fənərbaxça”-“Beşiktaş” derbisinin baş hakimi məlum olub
15:53
25 aprel 2024
"Qarabağ" ölkə kubokunun finalında
21:53
24 aprel 2024