Azərbaycan Premyer Liqasının VI turunun daha bir oyununda Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycan Ordusuna dəstək xarakterli pankart açılıb.
Apasport.az saytının məlumatına görə, “Qarabağ”la “Qəbələ” arasında keçirilən matçın tribunalarını “Qarabağ Azərbaycandır!” pankartı və Azərbaycan bayraqları bəzəyib.
Komandalar meydana xüsusi hazırlanmış maska ilə çıxıblar. Həmin maskalarda şəhid generalımız Polad Həşimov və Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə atdığı raket nəticəsində xəsarət alan 5 yaşlı Ömər Nəsirovun şəkli yer alıb.
Futbolçular əllərində “Əmrinizdəyik, cənab Ali Baş Komandan” pankartı ilə Azərbaycan himnini oxuyublar.
“Qarabağ” və “Qəbələ” klubları meydana xüsusi pankartla çıxıb: “Əmrinizdəyik, cənab Ali Baş Komandan”
17 oktyabr 2020 16:07 (UTC +04:00)
Futbol
“Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib
02:29
28 aprel 2024
Azərbaycan Kubokunda final oyununun vaxtı açıqlanıb
16:14
26 aprel 2024
Əliyar Ağayev Yunanıstanda Fatih Terimin baş məşqçisi olduğu komandanın oyununu idarə edəcək
17:04
25 aprel 2024
“Fənərbaxça”-“Beşiktaş” derbisinin baş hakimi məlum olub
15:53
25 aprel 2024