“Qəbələ” “Sumqayıt”ı, “Neftçi” “Sabah”ı sınağa çəkəcək

“Qəbələ” “Sumqayıt”ı, “Neftçi” “Sabah”ı sınağa çəkəcək
# 07 mart 2020 00:12 (UTC +04:00)

Bu gün Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Tura Qəbələdə start veriləcək. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sumqayıt” autsayderin qonağı olacaq. “Qəbələ” ardıcıl ikinci qələbə, qonaqlar isə üç oyunluq qələbə həsrətinə son qoymaq üçün mübarizə aparacaq.

Günün ikinci matçında iki Bakı klubu üz-üzə gələcək. “Neftçi” paytaxt derbisində “Sabah”ı sınağa çəkəcək. Hər iki komanda məğlubiyyətsiz seriyasını davam etdirməyə iddialıdır. 8 turdur xalsız qalmayan “Neftçi” növbəti qələbəyə köklənib. “Sabah” isə avrokubok arzusuna doğru növbəti addımı 5-ci məğlubiyyətsiz matçla ata bilər.

Qeyd edək ki, tura sabah baş tutacaq iki matçla yekun vurulacaq. “Səbail” “Zirə”ni, “Keşlə” “Qarabağ”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası
XX tur
7 mart (şənbə)
16:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər:
Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu

18:00. “Neftçi” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Kamal Umudlu
“Bakcell Arena”

1

Qarabağ

19

12

6

1

32-7

42

2

Neftçi

19

9

7

3

29-14

34

3

Keşlə

19

8

6

5

27-19

30

4

Sumqayıt

19

6

5

8

24-27

23

5

Sabah

19

5

6

8

19-23

21

6

Zirə

19

5

5

9

22-36

20

7

Səbail

19

5

5

9

15-27

20

8

Qəbələ

19

4

4

11

20-35

16

Bombardirlər: Stiven Monroz ("Neftçi"), Mahir Emreli ("Qarabağ"), Peyman Babayi ("Sumqayıt") - 7 qol

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR