Bank Of Baku

Riberi “Fiorentina”dan gedir

Riberi “Fiorentina”dan gedir
# 09 mart 2021 16:52 (UTC +04:00)

İtaliyanın “Fiorentina” klubunun futbolçusu Frank Riberi mövsümün sonunda komandanı tərk etməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı fransalı karyerasını Almaniya Bundesliqasında davam etdirmək istəyir.

Lakin Riberinin İtaliyada qalmaq variantı da var. Silvio Berluskoninin sahibi olduğu “Montsa” da onu heyətində görməkdə maraqlıdır.

Qeyd edək ki, 2019-cu ildən “Fiorentina”da oynayan veteran cari mövsüm 20 matçda 1 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR