İtaliya millisinin baş məşqçisi Roberto Mançini və “Roma” klubunun futbolçusu Edin Dzeko koronavirus infeksiyasına yoluxub.
Apasport.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası və paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Hər iki məşhur sima Romadakı evində təcrid vəziyyətində yaşayır. Dzeko bir müddət kollektivdən ayrı qalacaq. Mançininin isə bu ay keçiriləcək rəsmi matçlarda komandanın sükanı arxasında olub-olmayacağı bəlli deyil.
Qeyd edək ki, İtaliya yığması noyabrın 11-də Estoniya ilə yoldaşlıq görüşündə, dörd gün sonra Polşa, ayın 18-də isə Bosniya və Herseqovina ilə Millətlər Liqası çərçivəsində üz-üzə gələcək.
Roberto Mançini və Edin Dzeko koronavirusa yoluxub
06 noyabr 2020 22:02 (UTC +04:00)
Futbol
“Real Madrid” 36-cı dəfə "La Liga" çempionu olub
23:04
4 may 2024
Futbol üzrə Avropa çempionatına komandalar 26 oyunçu ilə qatıla biləcəklər
21:05
3 may 2024
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib
01:16
3 may 2024
UEFA Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub edib
01:04
3 may 2024