Silsilə oğurluq edən Göygöl sakini saxlanılıb

Silsilə oğurluq edən Göygöl sakini saxlanılıb
# 06 noyabr 2015 13:08 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində silsilə oğurluq edən şəxs saxlanılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci ildən bəri şəhərin müxtəlif ərazilərində 20 fərdi yaşayış evindən qızıl-zinət əşyaları və nağd pul oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini, 35 yaşlı Ceyhun Məmmədov saxlanılıb.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Ceyhun Məmmədov eyni zamanda yaşadığı Göygöl rayonu ərazisində 8 fərdi yaşayış evinə ayrı-ayrı vaxtlarda daxil olaraq oradan pul və qızıl-zinət əşyaları oğurlayıb.

C.Məmmədov mənzillərdən oğurladığı qızıl-zinət əşyalarını lombarda qoyaraq pul götürüb. Həmin qızıl-zinət əşyalarının bir qismi müxtəlif lombardlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR