“Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Superliqasının yaradılmasına münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis bu turnirin yaradılmasına qarşıdır.
Klopp “qırmızılar”ın Superliqaya qatılma qərarını dəstəkləmədiyini etiraf edib: “Avropa Superliqası maliyyə baxımdan önəmlidir. Ancaq əsla baş tutmamalıdır. “Liverpul” və “Real”ın ardıcıl 10 il üz-üzə gələcəyi bir turnirdə həyəcanın qalacağını söyləyə bilmərik”.
Qeyd edək ki, Superliqada “Liverpul”la yanaşı, “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus”un iştirakı təsdiqlənib.