Türkiyə millisinin futbolçusu Mert Çetinin yeni komandası müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, İtaliya “Roma”sının Avropa Liqası üçün iştirak ərizəsinə daxil etmədiyi futbolçu karyerasını A seriyasının digər klubunda davam etdirəcək.
23 yaşlı müdafiəçi “Verona”ya keçəcək. O, sonradan transfer olunmaq hüququ ilə 1 illik icarəyə götürüləcək. Mert bu gün tibbi müayinədən keçməlidir.
Qeyd edək ki, müdafiəçi A seriyasının son mövsümündə cəmi 6 matçda forma geyinib.