Şabran sakinindən kustar üsulla düzəldilmiş xəncər, arbalet, bıçaq, balta və soyuq silah aşkarlanıb

Şabran sakinindən kustar üsulla düzəldilmiş xəncər, arbalet, bıçaq, balta və soyuq silah aşkarlanıb
# 30 aprel 2016 11:21 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Şabran rayon sakinindən kustar üsulla düzəldilmiş xəncər, arbalet, qılınc, bıçaq, balta və soyuq silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Namiq Balakişiyevdən 1 ədəd kustar üsulla düzəldilmiş xəncər, evinə baxış zamanı isə eyni üsulla hazırlanmış arbalet, qılınc, bıçaq, balta və soyuq silah aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR