TürkPA Azərbaycanda keçiriləcək referendumu müşahidə edəcək

TürkPA Azərbaycanda keçiriləcək referendumu müşahidə edəcək
# 22 sentyabr 2016 13:59 (UTC +04:00)

Bakı-APA. TürkPA beynəlxalq müşahidəçilər missiyası sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına dəyişiklər edilməsi ilə bağlı referendumun qısamüddətli monitorinqini həyata keçirəcək.

APA-nın məlumatına görə, müşahidəçilər Milli Məclisin dəvəti ilə ölkəmizə gələcəklər.


Missiyaya Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament üzvləri, eləcə də TürkPA Katibliyinin nümayəndələri daxildir. Səsvermə günü missiya üzvləri bir neçə məntəqədə müşahidə aparacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR