Bank Of Baku

“Yuventus” Alleqrini qaytarır

“Yuventus” Alleqrini qaytarır
# 06 aprel 2021 17:56 (UTC +04:00)

İtaliyanın “Yuventus” klubunun sabiq baş məşqçisi Massimiliano Alleqri yenidən Turin klubuna rəhbərlik edə bilər.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis bu posta qayıtmağa hazırdır.

Uğursuz nəticələrdən narazı qalan klub rəhbərliyi indiki baş məşqçi Andrea Pirlonu mövsümün sonunda istefaya göndərəcək. Onu da məhz Alleqri əvəzləyəcək. Mütəxəssis 2019-cu ildə “Yuventus”dan ayrılandan sonra heç bir komandada çalışmayıb.

Qeyd edək ki, 28 turdan sonra 56 xala malik turinlilər 4-cü pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR