KXCP sədrliyinə alternativ namizəd yoxdur

KXCP sədrliyinə alternativ namizəd yoxdur
# 29 iyun 2015 08:47 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Klassik Xalq Cəbhəsi Partiyasının avqustun 1-nə təyin edilən qurultayına yer ayrılması üçün yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək”.

Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil deyib.

B. Əbil bildirib ki, partiyanın qurultayına təxminən 600-ə yaxın nümayəndə seçilib: “Bakı Şəhər İcra Hakimiyyətinə edəcəyimiz müraciətdə konkret bir yer müəyyənləşdirməmişik. Bununla bağlı yekun qərar müzakirələrdən sonra veriləcək”.

B. Əbil qeyd edib ki, KXCP sədri Mirmahmud Mirəlioğluna hələ ki alternativ namizəd yoxudur: “Ancaq bütün hallarda partiya sədrliyinə namizədliklər qurultayda irəli sürülə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR