Bank Of Baku

“Alaves” baş məşqçisi ilə yollarını ayırıb

“Alaves” baş məşqçisi ilə yollarını ayırıb
# 28 dekabr 2021 12:11 (UTC +04:00)

İspaniya La Liqasında növbəti istefa gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Alaves” baş məşqçisi ilə yollarını ayırıb.

Xavyer Kalyexanın istefasına uğursuz nəticələr səbəb olub. 2021-ci ilin aprelində bu vəzifəyə təyin edilən və komandanı ötən mövsüm La Liqada saxlayan çalışdırıcının yetirmələri yenə uğursuzluğa düçar olublar.

18 matçda 15 xal toplayan “Alaves” 18-ci pillədədir. Kalyexa komandanı ümumilikdə 29 matça çıxarıb. Onun rəhbərliyi altında 9 qələbə, 6 heç-heçə və 14 məğlubiyyət qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR