Bank Of Baku

Andrey Şevçenko “Cenoa” tarixinin antirekorduna imza atıb

Andrey Şevçenko “Cenoa” tarixinin antirekorduna imza atıb
# 18 dekabr 2021 10:10 (UTC +04:00)

“Cenoa”nın baş məşqçisi Andrey Şevçenko klub tarixinin antirekorduna imza atıb.

Apasport.az saytının məlumatına görə, bu, İtaliya A seriyasının XVIII turunda rəsmiləşib.

Genuya təmsilçisi “Latsio”ya 1:3 hesabı ilə uduzub. Ukraynalı mütəxəssisin rəhbərliyi altında 6-cı matçına çıxan “Cenoa” hələ də qalib gəlməyib.

Şevçenko qələbəyə görə 3 xalın verildiyi dövrdə “Cenoa”nın ilk baş məşqçidir ki, debütdəki 6 çempionat oyununda qələbə əldə edilməyib. Bu müddətdə genuyalılar 1 heç-heçə edib və 5 dəfə uduzub. Onun yetirmələri yalnız kubokda “Salernitana”nı məğlub edib – 1:0.

Qeyd edək ki, 18 turdan sonra 10 xala malik “Cenoa” 18-ci yerdə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR