Bank Of Baku

“Arsenal” Obameyanqın kapitanlığını əlindən alıb

“Arsenal” Obameyanqın kapitanlığını əlindən alıb
# 14 dekabr 2021 17:55 (UTC +04:00)

“Arsenal” nizam-intizam qaydalarını pozan hücumçusu Pyerr-Emerik Obameyanqı cəzalandırıb.

Apasport.az saytının məlumatına görə, London klubu kapitanlıq sarğısını qabonlu forvarddan almaq qərarına gəlib.

32 yaşlı oyunçu Fransa səfərindən söz verdiyi vaxtdan gec qayıdıb. İngiltərəyə döndükdən sonra koronavirus testi verən Obameyanq neqativ nəticəni alana qədər özünü təcrid etməli olsa da, buna məhəl qoymayıb. Klub rəhbərliyi də aparıcı futbolçusunu cəzalandırıb.

Qeyd edək ki, Pyerr-Emerik Obameyanq 2018-ci ildən “Arsenal”da çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR