Aşağı yaş qruplarından ibarət Azərbaycan milli komandalarının baş məşqçiləri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bununla bağlı qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.
Füzuli Məmmədov U-15 və U-16 yığmalarının baş məşqçisi təyin edilib. U-19-a rəhbərlik edən Elxan Abdullayev U-17-ni çalışdıracaq. U-17-nin baş məşqçisi Aqil Nəbiyev isə U-18-ə rəhbərlik edəcək.