21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının keçirəcəyi 1 oyunun tarixi dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, Norveç Futbol Federasiyasının UEFA-ya müraciətinə əsasən, Norveç - Azərbaycan oyunu 2022-ci il iyunun 14-ə keçirilib.
Daha əvvəl qarşılaşmanın bu il iyunun 6-da keçirilməsi nəzərdə tutulurdu.