Bu il Naxçıvan xarici ticarət dövriyyəsini 4%-dən çox artırıb

Bu il Naxçıvan xarici ticarət dövriyyəsini 4%-dən çox artırıb
# 21 iyul 2018 09:39 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 212 mln. 318 min 800 ABŞ dolları təşkil edib.

Naxçıvanın Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 8 mln. 496 min 600 dollar və ya 4,17% çoxdur.

Xarici ticarət dövriyyəsinin 191 mln. 39 min 100 dollar ixrac təşkil edib ki, bu da 2017-ci ilin 6 ayı ilə müqayisədə 381 min 300 dollar və ya 0,2% artıma bərabərdir.

Bu həcmin 21 mln. 279 min 700 dollar idxal təşkil edib ki, bu da 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 8 mln. 115 min 300 dollar və ya 61,65% çoxdur.

Nəticədə 169 mln. 759 min 400 dollar dəyərində müsbət saldo yaranıb ki, bu da ötən ilin 6 aylıq dövrü ilə müqayisədə 7 mln. 734 min dollar və ya 4,36% azdır.

Xatırladaq ki, 2017-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 203 mln. 822 min 200 dollar təşkil edib. Xarici ticarət dövriyyəsinin 190 mln. 657 min 800 dollarını ixrac, 13 mln. 164 min 400 dollarını idxal təşkil edib. 2017-ci ilin yanvar-iyun ayları ərzində xarici ticarətdən 177 mln. 493 min 400 dollar həcmində müsbət saldo yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR