Sərgən Yalçınla yollarını ayıran “Beşiktaş” vaxt itirmədən yeni baş məşqçi axtarışına başlayıb.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi hazırda işsiz olan yerli mütəxəssislər arasında seçim aparılacağını gizlətməyib.
İstanbul təmsilçisi yeni çalışdırıcı ilə mövsümün sonuna qədər anlaşmağı planlaşdırır. Artıq bir neçə məşqçinin adı klubla birgə hallanır. Siyahıya isə sabiq çalışdırıcı Şenol Günəş başçılıq edir. Bu il Türkiyə millisindən istefa verən 69 yaşlı məşqçi ilə tezliklə təmas qurulacaq.
Qeyd edək ki, Şenol Günəş 2015-2019-cu illərdə “Beşiktaş”a rəhbərlik edib.