İspaniya sahillərində 16 miqrantın meyiti aşkarlanıb

İspaniya sahillərində 16 miqrantın meyiti aşkarlanıb
# 05 fevral 2018 04:43 (UTC +04:00)

İspaniya sahillərində, Melilya limanı yaxınlığında 16 miqrantın meyiti aşkarlanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onların hamısının Afrika ölkələrindən olduğu müəyyənləşib.

Məlumata əsasən, meyitləri aşkarlayan gəmi İspaniya və Mərakeş xilasedici xidmətlərini məlumatlandırıb. Ölənlərdən 3-ün qadın olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR