2026-cı il dünya çempionatında B qrupunun II turunun növbəti oyunu keçirilib.
Apasport.az xəbər verir ki, Kanada millisi Qətərlə qarşılaşıb.
Oyunda hesabı 16-cı dəqiqədə Kanada açıb. Kayl Larin fərqlənib: 1:0. Amerika təmsilçisi 29-cu dəqiqədə hesab arasındakı fərqi artırıb. Bu dəfə Conatan Devid dəqiq oynayıb: 2:0. İlk hissənin sonlarında Kanada daha bir dədə fərqlənib. Devid dublunu rəsmiləşdirib.
Fasilədən sonra meydan sahibləri 2 nəfər azlıqda qalan rəqibinə daha 3 qol vurub: 6:0.
Görüş bu gün Bakı vaxtı ilə saat 02:00-da başlayıb.
Xatırladaq ki, hər iki komanda ilk turda heç-heçə edib. Kanada Bosniya və Herseqovina ilə, Qətər isə İsveçrə ilə 1:1 hesablı bərabərliyə razılaşıb.
Dünya çempionatı
B qrupu, II tur
19 iyun
02:00. Kanada - Qətər 6:0
Qol: K. Larin, 16, C. Devid, 29, 48, 90+2, Saliba, 64, Əl Mannay, 75 (ö.q)
Kanada: Krepo, Conston, De Fucerol, Kornelius, Laryea, Byukenen, Eustakio, Kone, Əhməd, Devid, Larin.
Qətər: Abunada, Əl Amin, Xuxi, Pedro Miqel, Əl Oui, Laye, Madibo, Qaber, Afif, Əbdürrisaq, Edmilson Junior.