Ermənistanı darmadağın edən məşqçi Almaniyada tarixə düşüb

Ermənistanı darmadağın edən məşqçi Almaniyada tarixə düşüb
# 06 sentyabr 2021 10:30 (UTC +04:00)

Hans Flik Almaniya millisinin tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, mütəxəssis yığmanın baş məşqçisi postunda ən uğurlu debütə imza atıb.

Bundestim Flikin rəhbərliyi altında ilk 2 oyunda qələbə qazanıb. Komandanın top fərqi isə “+8”ə bərabərdir. Bu da mütləq rekorddur.

Almaniya millisi DÇ-2022-nin IV turunda Lixtenşteyni 2:0, V turunda Ermənistanı 6:0 hesabı ilə məğlub edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR