Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 9 Sentyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 9 Sentyabr - <span style="color: red;">VİDEO
# 09 sentyabr 2015 17:12 (UTC +04:00)

Naxçıvan-İğdır yolunda terror aktı həyata keçirilir, 14 polis şəhid edilir. Bütün ölkə gərginlik içindədir, polislərin şəhid olması İğdırda gərginliyi son həddə çatdırır. Daxili işlər naziri İğdıra gəlir, ərazidə irimiqyaslı əməliyyat keçirilir. Və PKK terrorçuları polisləri şəhid etdikdən bir neçə saat sonra İğdırda yenidən polis məntəqəsinə hücum edirlər. Qəribədir. Məntiq deyir ki, terrorçular 14 polisi şəhid etdikdən sonra ələ keçməmək üçün siçan deşiyində gizlənməli idi. Amma məntiq yoxdur, çünki PKK İğdırda yenidən polis məntəqəsinə hücum təşkil edir. Demək ya “bölgədə irimiqyaslı əməliyyatlar keçirilir” sözü şablondur və gerçəkliyi əks etdirmir, ya da PKK doğrudan da İğdırı hədəfə götürüb. Daha doğrusu, PKK-nın hədəfi İğdırda qarışıqlıq yaratmaqla kürd-türk qarşıdurmasına rəvac verməkdir. Çünki Türkiyə miqyasında milli qarşıdurma yaratmaq üçün ən müsait yer məhz İğdırdır. Vilayətin etnik, siyasi və iqtisadi strukturu, həm də ən yeni tarix buna tam imkan verir. Elə bu səbəbdən də iğdırlıların üzərinə düşən bir nömrəli vəzifə PKK təxribatına uymamaqdır. Çünki qardaş qırğını başlarsa, bu, sürətlə domino effekti ilə ölkənin hər yerinə yayıla bilər. Başqa sözlə desək, vətəndaş müharibəsi İğdırdan başlayar. Allah qorusun!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR