Bank Of Baku

Federasiya prezidenti seçilən Samuel Eto işə gecikənləri vəzifəsindən azad edib

Federasiya prezidenti seçilən Samuel Eto işə gecikənləri vəzifəsindən azad edib
# 15 dekabr 2021 14:50 (UTC +04:00)

Kamerun Futbol Federasiyasının yeni prezidenti Samuel Eto ilk qərarı ilə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, dekabrın 11-də bu posta təyin olunan sabiq futbolçu radikal addıma əl atıb.

Eto prezident kimi fəaliyyətə başladığı ilk günündə işə gec gələn işçi heyətinin hamısını vəzifəsindən azad edib. O, ən xırda səhvi belə bağışlamayacağını, sərt cəzaların davam edəcəyini bildirib.

Qeyd edək ki, Samuel Eto karyerası dönəmində “Real”, “Barselona”, “İnter” və “Çelsi” kimi Avropa nəhənglərinin formasını geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR