Bank Of Baku

“Fənərbaxça” rəsmisinə cavab: “Qalatasaray”la “kanarya” dost ola bilməz”

“Fənərbaxça” rəsmisinə cavab: “Qalatasaray”la “kanarya” dost ola bilməz”
# 09 dekabr 2021 15:26 (UTC +04:00)

“Qalatasaray”ın sabiq vitse-prezidenti Haldun Üstünel bu klubun “Fənərbaxça” ilə münasibətləri ilə bağlı maraqlı fikirlər səsləndirib.

Apasport.az saytının məlumatına görə, o, “Fənərbaxça”nın vitse-prezidenti Erol Bilecikin əzəli rəqibə “cincon” deməsinə reaksiya göstərib.

Üstünel bir çox mütəxəssisin “cim-bom”la “kanarya”nın dost kluba çevrilməsi təklifini qəbul etməyib: “Qalatasaray” əzəli rəqibi ilə dost olmaz. Şəxsi həyatınızda yoldaşınız, dostunuz ola bilər. Amma “Qalatasaray”la “kanarya” dost ola bilməz. Belə olarsa, ancaq “Qalatasaray” itirər. Klub prezidenti və rəhbərlik bunu bilmirsə, başlarına oyun açarlar”.

“Qalatasaray”ın daha bir keçmiş vitse-prezidenti Semih Haznedaroğlu da açıqlamasında Erol Bileciki qınayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR