“Bakı-2015”-in məşəli Gəncədə alovlandırılıb - FOTO - VİDEO

“Bakı-2015”-in məşəli Gəncədə alovlandırılıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 may 2015 20:26 (UTC +04:00)

APA-nın məlumatına görə, mərkəzi meydanda məşəli “Şöhrət” ordenli əməkdar idman ustası Elçin Zeynalov qəbul edib.

Sonra 10 idmançı məşəl yürüşünə çıxıb. Dünya və Avropa yarışlarında böyük uğurlar qazanan bu idmançılar növbə ilə məşəli qəbul edərək Nizami Gəncəvinin adını daşıyan prospektlə Heydər Əliyev park kompleksindəki amfiteatra gəliblər. Yol boyu düzülən şəhər sakinlərinin alqış sədalarının müşayiəti ilə səhnədə məşəlin alovlandırılması mərasimi keçirilib. Məşəli sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov alovlandırıb. Meydana toplaşanların sürəkli alqışları altında birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim olunub.

Sonra Gəncənin incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər. Alov festivalında birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib. Alov festivalının sonunda möhtəşəm atəşfəşanlıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR