Azərbaycanda vətəndaşlığa qəbul edilmiş və vətəndaşlığı bərpa edilmiş şəxslərin andiçməsini təşkil edən orqan müəyyənləşib

Azərbaycanda vətəndaşlığa qəbul edilmiş və vətəndaşlığı bərpa edilmiş şəxslərin andiçməsini təşkil edən orqan müəyyənləşib
# 17 aprel 2015 08:56 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Dövlət Miqrasiya Xidməti “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri idarəsi haqqında Əsasnamə”də dəyişiklik edib.


APA-nın məlumatına görə, dəyişiklik Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri idarəsinə yeni səlahiyyət verilməsi ilə əlaqədardır.

Dəyişikliyə əsasən Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri idarəsinə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda nəzərdə tutulmuş qaydada və məzmunda andiçməsini təşkil etmək səlahiyyəti verilib.

Qərar aprelin 15-dən qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR