Bank Of Baku

Fransa kubokunun oyunu kütləvi dava səbəbindən yarımçıq dayandırılıb

Fransa kubokunun oyunu kütləvi dava səbəbindən yarımçıq dayandırılıb
# 18 dekabr 2021 06:44 (UTC +04:00)

Fransa futbolunda azarkeşlərlə bağlı növbəti qalmaqal yaşanıb.

Apasport.az saytının məlumatına görə, bu dəfə xoşagəlməz hadisə Liqa1-də deyil, ölkə kubokunda baş verib.

“Paris” və “Lion” arasında 1/32 final matçında yalnız bir hissə oynanılıb. Fasiləyə 1:1 hesabı ilə yollanan komandalar ikinci hissəyə çıxa bilməyib.

Buna səbəb azarkeşlər arasında düşən kütləvi dava-dalaş başlaması olub. Fanatların böyük hissəsi meydana da axışdığı üçün görüşü davam etdirmək mümkünsüzə çevrilib.

Qeyd edək ki, cari mövsümdə Fransa Liqa1-də dəfələrlə oxşar hadisələr yaşanıb və klublara qarşı sərt sanksiyalar tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR