Gəncədə Futbol Akademiyası inşa olunacaq.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.
Qurum akademiyanın inşasını təsdiqləyib. Bu işlər AFFA tərəfindən keçirilmiş tenderə uyğun olaraq gerçəkləşdiriləcək.
Qeyd edək ki, bunadək Tovuzda da AFFA tərəfindən akademiya inşa olunub.